Vaxt.Az

Neft yenidən bahalaşmağa başlayıb


 

İranın tətbiq olunacaq sanksiyalar dünyanı panikaya salıb

Neft yenidən bahalaşmağa başlayıb Bu gün “Brent” neftinin qiyməti yenidən 74 dolları keçib. Belə ki, ötən həftə ABŞ-ın İrana sanksiyalar tətbiq etməsindən sonra, qlobal neft hasilatında baş verəcək azalmaları əngəlləmək istəyən Səudiyyə Ərəbistanı istehsalı artırmağı təklif etmişdi. İranlı rəsmiləri bu təklifə qarşı çıxmış və narahatlıqlarını dilə gətirmişdilər.

ABŞ-ın İrana Noyabr ayında növbəti sanksiyalar tətbiq edəcəyi gözlənilir.

İrana tətbiq olunan sanksiyalardan sonra qlobal neft bazarındakı istehsal miqdarının nə qədər azalacağı qorxusu qiymətlərə təsir etməyə davam edir.

Çin - ABŞ cəbhəsində baş verənlər də neft bazarında təqib edilir. Çindən bir nümayəndə heyətinin bu həftə Vaşinqtona gedərək danışıqlar aparacağı gözlənilir.

“Brent” neftində ucuzlaşma meylinin davam etməsi üçün qiymətin 72 dollardan aşağı qalması lazım olduğunu qeyd edən mütəxəssislər, 72 dolların üzərindəki qiymətlərin bahalaşma işarəsi olduğunu bildirirlər.

Bu gün “Brent” nefti 2 faiz bahalaşaraq, Bakı vaxtı ilə saat 15:50-də 74.10 dollardan alıcı tapıb.

ABŞ xam nefti (WTI) də 2 faiz bahalaşaraq 67,18 dollara yüksəlib.

 





23.08.2018    çap et  çap et