Vaxt.Az

Bakı əhalisinin sayı ...


 

Rəsmi statistika yayıldı

Bakı əhalisinin sayı ... 2018-ci ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq 1 iyul tarixinə 2 milyon 269,7 min nəfərə çatıb. Bakı Şəhər Statistika İdarəsindən bildiriblər ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 min 570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13 körpə təşkil edir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edir. İlin birinci yarısında Bakıda 6 min 808 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

 





31.08.2018    çap et  çap et