Vaxt.Az

“Vurduğunuz zərəri ödəyin”


 

Polşanın Almaniyadan tələbi

“Vurduğunuz zərəri ödəyin” Polşa İkinci Dünya müharibəsi zamanı Nasist Almaniyasının işğalı nəticəsində beş milyon vətəndaşının öldüyünü və ölkəyə 54 milyard dollar dəyərində zərər vurulduğunu bildirir.

Ölkə hökumətinin Almaniyanın vurduğu zərərin ödəməsi istəyini elan etməsindən sonra parlament komissiyası vurulan zərərin ümumi rəqəmlərini ictimailəşdirib.

Polşa müharibədən sonra onilliklər ərzində Sovet dominantlığı altında yaşayıb və müstəqil şəkildə zərərin qarşılığının ödənilməsi tələbi irəli sürmək imkanından məhrum olub. Buna baxmayaraq, Almaniya hökuməti nasistlərərin zülmündən sonra sağ qalan polşalılara ödənişlər etməyi davam edir.

Komissiyanın ilkin hesablamaları 1939-cu ildən 1945-ci ilə qədər öldürülən Polşa vətəndaşlarının sayının 5.1 milyon olduğunu müəyyən edib. Bu rəqəmə, Polşanın yəhudi icmasının 90 faizi daxildir.

Şəhərlərə vurulan zərərin ümumi məbləğinin 14 milyard dollar həcmində olduğu bildirilir. Əlavə ziyanlar kənd təsərrüfatı və nəqliyyat sənayesi ilə əlaqəlidir.

 





02.09.2018    çap et  çap et