Vaxt.Az

Şərti həbs və şallaq…


 

Röya Sağıri Təbriz zindanına göndərilib

Şərti həbs və şallaq… Keçən dekabr və yanvar aylarında İranda baş qaldıran kütləvi etirazlarla əlaqədar Təbriz İnqilab Məhkəməsi tərəfindən 23 ay həbsə məhkum edilən tələbə fəal Röya Sağıri həbs müddətini keçirmək üçün Təbriz zindanına göndərilib.

Həmin etirazlara qatıldığı üçün Röya Səğiriyə qarşı biri İnqilab Məhkəməsi, digəri isə Cəza Məhkəməsində olmaqla, iki iş açılmışdı.

“Azərbaycan” Şəhid Mədəni Universitetinin tələbəsini İranın “dini liderini aşağılamaq” və “rejimə qarşı təbliğat fəaliyyəti” göstərmək ittihamları ilə mühakimə edən Təbriz İnqilab Məhkəməsi onu 23 ay həbsə məhkum edib.

Təbriz Cəza Məhkəməsi isə “küçədə baş örtüyünü çıxarıb ictimaiyyətə hicabsız görünmək” ittihamı ilə əlaqədar Sağıriyə qarşı 10 şallaq cəzası və 1 il şərti həbs hökmü çıxarıb.

Keçən dekabr ayının son günləri və yanvarın ilk həftələrində Təbriz şəhərində nümayiş keçirmək istiqamətində fəaliyyət göstərən 90 vətəndaşın nəzarət altına alındığına dair məlumat yayılmışdı.

 





02.09.2018    çap et  çap et