Vaxt.Az

Susqunluq 22 gün sürdü


 

Rusiya qırıcıları Suriya müxalifətini bombalamağa başladı

Susqunluq 22 gün sürdü Rusiyanın döyüş təyyarələri Suriyanın İdlib bölgəsini bombalayır. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, rus hərbi təyyarələri İdlibi 22 günlük susqunluqdan sonra yenidən vurmağa başlayıb. Bununla da Rusiya bölgədə əməliyyat keçirməyə hazırlaşan Bəşər Əsəd hərbçilərinə dəstək verir.

Ekspertlər bölgədə silahlı müxaliflərlə yanaşı, 3 milyondan çox dinc əhalinin də yaşadığını bildirirlər. Onlar Əsəd qüvvələrinin İran və Rusiyaya məxsus qüvvələrlə birgə həmin əhaliyə qarşı qətliam törədəcəyindən ehtiyat edirlər.

 





04.09.2018    çap et  çap et