Vaxt.Az

“Doğrudan da bu gün yaman isti vardı...”


 

Paşinyandan Lavrovun sualına məzəli cavab ...

“Doğrudan da bu gün yaman isti vardı...” Ermənistanın baş naziri Nikol Paşinyan bu gün sentyabrın 4-də jurnalistlərlə söhbətində Rusiyaya qarşıdakı səfəri barədə danışıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Rusiya prezidenti Vladimir Putinlə “ikitərəfli münasibətlərin bütün spektrini müzakirə edəcəyini” deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda situasiyanın qaynadığı barədə bundan əvvəlki bəyanatına isə Paşinyan belə cavab verib: “Bəli, doğrudan da bu gün yaman isti idi...”

Nikol Paşinyan Putinin eks-prezident Robert Köçəryana ad günü təbrikini də şərh edib. Deyib ki, bu telefon zəngi siyasi xarakter daşımır, sırf insani münasibətlərlə bağlıdır. “Mən artıq Putini tanıya bilmişəm və deyə bilərəm ki, o insani münasibətləri çox yüksək qiymətləndirir, müxtəlif ölkələrdə həm indiki, həm keçmiş siyasətçilərlə münasibət saxlayır”, - o bildirib.

Sergey Lavrov ötən gün sentyabrın 3-də MQİMO tələbələri qarşısında çıxış zamanı Rusiyanın Ermənistanda “qaynamaqda olan situasiyadan” həyacan keçirdiyini bildirib. “Bizi həyacanlandıran budur ki, Ermənistanda situasiya hazırda qaynayır, 10 il əvvəlki hadisələr araşdırılır, həbslər aparılır”-Lavrov deyib.

Rusiya xarici işlər naziri bütün bunları “Ermənistanın daxili işi” adlandırsa da əlavə edib ki, Moskva bu işlərin möhkəm qanuni və konstitusion əsaslara söykənməsini, habelə Ermənistanın “əsas vəzifələrə köklənməsi” üçün tezliklə arxada qalmasını istəyir.

Paşinyan Moskvaya sentyabrın 8-də səfər edəcək.

 





04.09.2018    çap et  çap et