Vaxt.Az

Qonaq-qaranı robot qarşılayacaq


 

O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilir

Qonaq-qaranı robot qarşılayacaq İsveçdə turoperator şirkəti robotu işə götürüb. “Pepper” adlı robot ətraf mühiti tanıyır və insanların emosiyasına reaksiya verir. Robot ayaq əvəzinə, kiçikölçülü təkərlərdən ibarət sistemə malikdir. Sinəsinə informasiyanın göstərilməsi və insanlarla əlaqə yaradılması üçün planşet quraşdırılıb.

Robot danışığı başa düşür: yaddaşı təxminən 4500 sözdən ibarətdir. O, danışa, rəqs edə, söhbəti dəstəkləyə və sadə tapşırıqları yerinə yetirə bilir.

Kruiz və hotel biznesində robotlardan istifadə təcrübəsi artıq olub, lakin turoperatorun ofisində belə texnikadan ilk dəfə istifadə ediləcək.

Şirkətin heyət üzrə direktoru Elke Ellerin sözlərinə görə, hər bir əməkdaş kimi robotun da şəxsi hesabı və gündəlik vəzifələri olacaq.

 





05.09.2018    çap et  çap et