Vaxt.Az

“Kreml ilə gərginlik var...”


 

Rəsmi İrəvan Moskva ilə ziddiyyətlərini etiraf etdi

“Kreml ilə gərginlik var...” Ermənistan Milli Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan Moskva ilə İrəvan arasında son vaxtlar etimadsızlıq və gərginliyin yarandığını etiraf edib.

Modern.az xəbər verir ki, Rusiyada nəşr olunan “Noev Kovçeq” qəzetinə müsahibə verən məmur bu etimadsızlığın tezliklə aradan qalxacağına ümidini ifadə edib.

“Yeni Ermənistan hakimiyyətinin rusofob, Qərbyönümlü olduğunu sübut edən bir misal varmı? Mənə faktlar lazımdır. Ermənistanın xarici siyasət kursu əvvəlki olaraq qalır. Qərblə və Rusiya ilə münasibətlər inkişaf edir. Düzdür, Kremllə müəyyən etimadsızlıq problemimiz var. Lakin bu problem yaxın zamanda öz həllini tapacaq”-deyə Qriqoryan deyib.

Xatırladaq ki, sentyabrın 8-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

 





07.09.2018    çap et  çap et