Vaxt.Az

İraqda iğtişaşlar


 

İran konsulluğu yandırıldı

İraqda iğtişaşlar Həftənin əvvəlindən İraqda iğtişaşların bürüdüyü Bəsrə şəhərində etirazçılar İran konsulluğuna od vurublar. Virtualaz.org xəbər verir ki, bu barədə RİA “Novosti” yerli mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, dünən axşam nümayişçilər Bəsrədə İran yönümlü siyasi partiyaların və hərəkatların ofislərini yandırmışdılar.

Etiraz aksiyasının iştirakçıları hakimiyyətdən şəhərin təmiz içməli su və elektrik enerjisi ilə təchiz edilməsini tələb edirlər. Nümayişçiləri dağıtmağa çalışan ordu birləşmələri gözyaşardıcı qazdan və odlu silahlardan istifadə edirlər.

 





07.09.2018    çap et  çap et