Vaxt.Az

“Odla oynamaq axmaqlıqdır”


 

Moskvadan Trampa xəbərdarlıqdır

“Odla oynamaq axmaqlıqdır” Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidenti Donald Trampa odla oynamamağı məsləhət görüb.

Bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi saytında yazılıb.

“Onlar gərək ABŞ-Rusiya əlaqələri ilə çalxaladıqları qlobal stabillik haqda fikirləşsinlər. Odla oynamaq axmaqlıqdır axı bu təhlükəli ola bilər” – Ryabkov bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək əmri verib.

 





21.09.2018    çap et  çap et