ABŞ-ın, donmuş ətdən televiziya komponentlərinə qədər 200 milyard dollarlıq idxal Çin mallarına qarşı yeni vergi tarifi, Vaşinqton saatı ilə gecə yarısından sonra (Pekində günün ortasına uyğun gəlir) qüvvəyə minib.
Çin 60 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edərək qarşılıq verməyə hazırlaşır. ABŞ Prezidenti Donald Tramp, Çinin 60 milyard dollarlıq vergi tətbiq etməsi vəziyyətində əlavə 267 milyard dollarlıq Çin məhsullarına yeni vergi tarifinin tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.