Vaxt.Az

Avro dolları ...


 

... Dollar isə türk lirəsini təzyiq altında saxlayır

Avro dolları ...

Avro

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altında qalmaqda davam edir. Təhlillərə əsasən, EUR/USD məzənnəsi də 1.14 dollara ticarət edilir və bu səviyyənin üzərində qaldıqca, 1.15-ə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatları da investorların diqqət mərkəzindədir.

 

Funt-sterlinq

GBP/USD məzənnəsi də bahalaşmaqdadır. 1.28 dollaraa təklif edilən funt sterlinqin dünya birjalarında qiyməti, bu səviyyənin üzərində qaldıqca, 1.30-a kimi bahalaşa bilər.

İngiltərə hökuməti ilə Avropa Birliyi arasında razılaşdırılan “Brexit” sazişinin çərşənbə axşamı parlamentdə səs verməyə çıxarılması da böyük maraqla gözlənilir və nəticələr dünya birjalarında böyük dalğalanmaya səbəb olacaqdır.


Türk lirəsi

Türkiyə maliyyə bazarlarında isə dolların bahalaşması müşahidə edilməkdədir. 5.48 lirəyə ticarət edilən dolların məzənnəsi, 5.51-ni də yuxarı istiqamətdə qırarsa, ABŞ valyutası 5.63 lirəyə kimi də bahalaşa bilər.

TCMB-nin çərşənbə günü açıqlayacağı faiz qərarı da səhmdarlar tərəfindən böyük maraqla gözlənilir.

 

Neft

Avropanın “Brent” markalı neftinin qiyməti 63 dollara kimi bahalaşdıqdan sonra korreksiyaya başlayıb. Lakin qiymət yendiən 61 dolları yuxarı istiqamətdə qırarsa, 64-ə kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

 

Qızıl

Dünyada siyasi və iqtisadi risklərin artması, əlvan metallar bazarlarında qızıla olan tələbin yüksək qalmasına səbəb olur. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1298 dollarıı (41.7 dollar/qram) da yuxarı istiqamətdə qırarsa, 1326-a (42.6 dollar/qram) kimi də dəyər qazana bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 





14.01.2019    çap et  çap et