Vaxt.Az

“Evdən çıxmayın”


 

Trampdan amerikalılara çağırış

“Evdən çıxmayın” ABŞ prezidenti Donald Tramp ölkənin bir neçə bölgəsinə yağan güclü qar səbəbindən amerikalıları ehtiyatlı olmağa və evdən bayıra çıxmamağa çağırıb.

Prezident bu barədə “Twitter”də yazıb.

“Ehtiyatlı olun və evdə oturmağa çalışın. Ölkənin əksər hissəsi böyük miqdarda qardan və demək olar ki, rekord həddə şaxtalardan əziyyət çəkir. Küləyin bu qədər güclü olması çox qəribədir. İndi bir az köhnə xoş qlobal istiləşməni hiss etmək pis olmazdı”, - deyə Tramp bildirib.

 





21.01.2019    çap et  çap et