Vaxt.Az

Tarasov “Qarabağ klaninin” vuran əlidir!


 

Onun fikirlərini tirajlamaq olmaz

Tarasov “Qarabağ klaninin” vuran əlidir! Rusiyalı politoloq Stanislav Tarasovun “Nikol Paşinyan iyun ayında Dağlıq Qarabağ ətrafındakı bir neçə rayoun azad edəcək” fikrinin tirajlanmasının əleyhinəyəm. Tarasov Gəncədə doğulmasına rəğmən, qatı ermənipərəstdir, Moskvada ermənipərəst “Regnum” agentliyinin baş analitikidir. Tarasov Azərbaycan və azərbaycanlılar əleyhinə tonlarla yazı yazıb, ömrü boyu erməni separatçılarına xidmət edib. Sadəcə, Köçəryan-Sərkisyan cütlüyünə və Rusiyadakı erməni lobbisinə işləyən Tarasovun Paşinyandan xoşu gəlmir.

Tarasov “rayonlar boşaldılacaq” fikrini irəli sürməkdə məqsədi Azərbaycanın gücünü ön plana çıxarmaq yox, Paşinyana qarşı ölkə daxilində təzyiqi artırmaqdır. Tarasov “Qarabağ klanının” vuran əlidir. Ona görə də Tarasov “rayonlar boşaldılacaq” dedikdə Paşinyanın ölkə daxilində mövqelərini zəiflətmək, onu “təslimçi” kimi qələmə verərək “Qarabağ klanının” hücuma keçməsinə şərait yaradır. Yəni Tarasov dezinformasiya yayır. Paşinyanın öz istəyi ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəyi və həvəsi yoxdur. Bunu Paşinyana Azərbaycan ordusu məcbur edə bilər. Bu haqda isə Tarasov bir kəlmə də yazmır.

 





24.01.2019    çap et  çap et