Vaxt.Az

Maduro dərdimiz deyil


 

“Bizə nə gəlib ki, fərqli cavab verək?”

Maduro dərdimiz deyil Venesueladakı hadisələri diqqətlə izləyirik, hərənin bir mövqeyi var. Venesuela prezidenti Nikolas Maduro Bakıda da olub. Buna baxmayaraq, rəsmilərimizdən və diplomatlarımızdan kimsənin N.Maduronu müdafiəsinə qalxmasına ehtiyac yoxdur. Venesuela və Maduro böyük dövlətlərin problemidir, ABŞ, Rusiya və Türkiyə rəsmiləri tərəf seçə bilərlər, bizim belə bir dərdimiz olmamalıdır.

Suriyada Bəşər Əsəd insanların qanını tökəndə xarici işlər nazirinin müavini Araz Əlizadə “Əsədi qanuni prezident sayırıq” açıqlamasını vermişdi. Halbuki, belə bir açıqlama verməyi ondan kimsə xahiş eməmişdi. Eyni ilə “Maduronu qanuni prezident sayırıq” deməyə də ehtiyac yoxdur. Yox əgər mövqe tələb olunsa sadə cavab var: “Biz Venesuelladakı olayların danışıqlar yolu ilə həllini arzulayırıq”. Hətta hadisələrə qarışmayan Çindən də oxşar açılama gəlib, Pekin də “Nikolas Maduro qalmalıdır” deməyib. Bizi də illər uzun belə yola veriblər. Deyəndə ki, torpaqlarımız işğal altındadır, mövqe bildirin, işğal faktı xatırlanmadan cavab bu olub: “Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə tərəfdarıq”. Bizə nə gəlib ki, fərqli cavab verək?

 





24.01.2019    çap et  çap et