Vaxt.Az

ABŞ-ın neft ehtiyatları artıb


 

“Azeri Light”ın isə qiyməti ...

ABŞ-ın neft ehtiyatları artıb Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları çoxalıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,6 milyon barrel artaraq 443,6 milyon barel olub. Bazar proqnozları ehtiyatların 42 min barrel azalacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

* * *

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti 0,1 dollar və yaxud 0,16 faiz bahalaşıb.

Hazırda “Azeri Light”ın bir barelinin qiyməti 62,84 dollardır.

 





25.01.2019    çap et  çap et