Vaxt.Az

Məşhur rejissora yüksək vəzifə


 

Ramiz Həsənoğlu AzTV-də direktor təyin olundu

Məşhur rejissora yüksək vəzifə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib. Onun yerinə Xalq artisti Ramiz Həsənoğlu təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

 





25.01.2019    çap et  çap et