Vaxt.Az

Suriyada ABŞ-İran toqquşması


 

“Haşdi Şabi” 22 döyüşçüsünü itirdi

Suriyada ABŞ-İran toqquşması İsrail mənbələrinin məlumatına görə, ABŞ aviasiyası bir neçə gün əvvəl İraqın şiə qruplaşması olan “Haşdi Şabi”nin üzvlərini Suriyaya daxil olarkən bombalayıb.

“Haşdi Şabi” qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin göstərişi ilə sərhəddə cəmləşmişdi. Onlar Deyr-ez-Zor istiqamətindəki nəzarət-buraxılış məntəqəsinə irəliləyərkən ABŞ və koalisiya qüvvələrinin yaxınlıqda yerləşən “ət-Tanf” bazası tərəfindən hava hücumuna məruz qalıblar. Nəticədə azı 22 döyüşçü itirən “Haşdi Şabi” geri çəkilib.

“Hizbullah” terror təşkilatı buna cavab olaraq bildirib ki, İsrail yenə Suriyanı vurarsa, cavab veriləcək. Terrorçular İsrailin istənilən nöqtəsinə zərbə endirmək üçün yüksək dəqiqliyə malik raketlərə sahib olduğunu bildirib.

 





27.01.2019    çap et  çap et