Vaxt.Az

Separatçilar Paşinyana yenə dil uzatdılar


 

Cavab olmasa zəif bilib üstünə daha çox gələcəklər

Separatçilar Paşinyana yenə dil uzatdılar Ermənistanın baş naziri Nikol Paşinyan bir dəfə Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı xəbərdar etmişdi ki, onlar Ermənistanın daxili işlərinə qarışmasınlar, baş nazirə ağıl öyrətməsinlər, hətta Paşinyan bu məqsədlə Saakyanı təcili İrəvana da çağırmışdı. Ancaq deyəsən separatçılar Paşinyanın xəbərdarlığını qulaqardına vururlar. Məsələn, “Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının katibi” Vitaliy Balasanyan erməni saytlarından birinə müsahibəsində deyib ki, eks-prezident Robert Köçəryanın hakimiyyəti devirmək maddəsiylə ittiham olunması onda gülüş doğururur: “Hakimiyyətdə olan şəxs hakimiyyəti necə devirə bilər?” Balasanyan baş nazir Nikol Paşinyanı misal gətirərək, “bu ona bənzəyir ki, Paşinyan hakimiyyətdə qalmaq üçün hakimiyyətə qarşı çıxır”.

Göründüyü kimi separatçıların təmsilçisi Paşinyana meydan sulayır, baş naziri aşağılayır, onun həbsxanadakı rəqibinə açıq dəstək verir. Vitaliy Balasanyan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə imzaladıqları bəyanatda “xalqları sülhə hazırlamaq lazımdır” müddəasını da anlamadığını bu sözlərlə ifadə edib: “Sülh sazişi olmadan xalqları barışa necə hazırlamaq olar?”. Başqa sözlə Xankəndi danışıqların hazırkı gedişindən də narazıdır.

Əslində Balasanyan lideri Bako Saakyanın düşündüyünü deyir. Cavab vermək növbəsi Nikol Paşinyanınıdır. Ermənistan baş naziri Xankəndidən ona qarşı uzanan ittihamlara sussa separatçılar onu zəif bilib daha çox üstünə gedəcəklər. Biz isə Xankəndi ilə İrəvan arasındakı bu “mesajlaşmanı” diqqətlə izləməli və öz faydamız üçün istifadə etməyi bacarmalıyıq. Ancaq bunu bacarmaq üçün usta gedişlər və gərəkli informasiyaların kənara yayılmasını təmin etmək lazımdır.

 





29.01.2019    çap et  çap et