Vaxt.Az

ABŞ və Türkiyə razılaşdı


 

Suriya sazişinin detalları

ABŞ və Türkiyə razılaşdı Türkiyə və ABŞ Suriyada yaradılacaq təhlükəsizlik bölgəsi barədə razılıq əldə ediblər. Bu iddia ilə İngiltərədə yayımlanan “Aşarq əl-Övsət” nəşri çıxış edib.

Nəşrin yazdıqlarına əsasən, ABŞ Əl-Tanf hərbi bazasından əməliyyatlarını davam etdirəcək. Türkiyə isə ABŞ əsgərlərinə yaxın olmayan bir ərazidə başa çatan tampon bölgə yaradacaq. Bu bölgənin eni 20-32 kilometr olacaq. ABŞ və Türkiyənin sazişinə əsasən, YPG-yə verilmiş silahlar da terror qruplaşmasından toplanılacaq.

Qeyd edək ki, razılaşmanın digər detallarının Vaşinqtonda ABŞ və Türkiyə nümayəndə heyətlərinin görüşü zamanı müəyyən edilməsi nəzərdə tutulub.

 





04.02.2019    çap et  çap et