Vaxt.Az

Qoyun ətinin kilosu 40 manata qalxdı


 

Sanksiyaların İrandakı “əks-sədası”

Qoyun ətinin kilosu 40 manata qalxdı İranda qoyun əti ötən ilin analoji dövrü ilə müqayisədə 70 faiz artıb. Bunu İranın Statistika Mərkəzinin iqtisadi məsələlər üzrə direktor müavini Cavad Hüseynzadə deyib.

Qoyun əti 490 min rialdan (təxminən 11,6 dollar) 995 min riala (təxminən 23,6 dollar) artıb.

C.Hüseynzadə əlavə edib ki, 10-cu ayda 475 məhsulla bağlı araşdırmalar inflyasiyanın orta hesabla 39,6 faiz olduğunu göstərir:

“İnflyasiya ərzaq məhsulları üçün 57,5 faiz, qeyri-ərzaq məhsulları üçün 32 faiz, məişət texnikaları üçün 82 faiz olub. Pomidorun qiyməti 200 faizdən çox, su, elektrik və enerjinin qiyməti isə 14 faizdən çox artıb”.

 





04.02.2019    çap et  çap et