Vaxt.Az

Şarmazanov təşvişdə


 

“Azərbaycan müharibəyə hazırlaşır, Paşinyan istefa verməlidir”

Şarmazanov təşvişdə “Ermənistanın Baş naziri Nikol Paşinyan dövlətin qarşısında duran çağırışlara tab gətirməyə qadir deyil, belə davam etdiyi halda yeganə çıxış yolu Nikol Paşinyanın istefasıdır”.

Bu barədə sabiq iqtidar partiyası olan, Ermənistanın Respublikaçılar partiyasının üzvü, erməni parlamentinin sabiq sədr müavini Eduard Şarmazanov “Facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsində bildirib.

O, öz səhifəsində belə yazıb: “Paşinyan dövlətin qarşısında duran çağırışlara tab gətirməyə qadir deyil. Azərbaycan müharibəyə hazırlaşır, Nikolun hakimiyyəti isə Qarabağın “qəhrəmanlarına” hörmətsizlik edir.

Pantürkizm təhlükəsi artır. Nikol Paşinyan isə cəmiyyəti inqilabçılar və əks inqilabçılar deyə ayırır. Dövlət maraqlarımıza zərbə vuran, əvvəlkilərin hörmətdən salınması ilə bəyanatlar verir.

Bölücü xətlər çəkmək və alternativ fikir dinləməmək, inqilab sayağı hərəkət tərzi bizim dövlətə baha başa gələ bilər. Hakimiyyət, həm də dövlət oyuncaq deyil ki, necə istəyirsən elə də sürəsən.

Belə davam etdiyi halda bir çıxış yolu var. Bu çıxış yolu Nikolun bir an öncə istefa verməsidir. İstefadır”.

 





04.02.2019    çap et  çap et