Vaxt.Az

“Vəziyyət xeyli pisləşib”


 

Mark Berent: “Gürcüstanın qeyri-rəsmi sahibi odur”

“Vəziyyət xeyli pisləşib” Gürcü milyarder Bidzina İvanişvili Gürcüstanın kölgə və qeyri-rəsmi idarəçisidir.

Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində “Azadlıq Evi”nin (“Freedom House”) Avropa və Avrasiya proqramları üzrə rəhbəri Mark Berent deyib.

Onun sözlərinə görə, Gürcüstanın reytinqinin builki hesabatda azaldılması bu ölkədəki prezident seçkisi ilə bağlı olub: “Son illər ərzində Gürcüstanda seçki lazımi qaydada keçirilib. Hər şey prezident seçkisinin birinci turunun bitməsinə qədərki dövrə qədər davam edib. İkinci mərhələdə vəziyyət xeyli pisləşib.

Biz demirik ki, bu, sübut edilib, amma tutarlı ittihamlar var. Bu ittihamlar seçicilərin satın alınması, administrativ resursdan istifadə və digər neqativ anlarla bağlıdır. Təbii ki, bu kədərlidir”.

 





06.02.2019    çap et  çap et