Vaxt.Az

Avazı yaxşı gəlir...


 

Paşinyanın ordunu müasirləşdirmə layihəsi

Avazı yaxşı gəlir... Ermənistan hökuməti ordunun arsenalını uzaq mənzilli yüksək dəqiqliyə malik raketlər, aviasiya və robotlarla təchiz etmək niyyətindədir.

Məsələ ilə bağlı Ermənistanın hökumət proqramı layihəsi hazırlanıb.

“Hökumət ordunun arsenalının yüksək dəqiqliyə malik uzaq mənzilli raket kompleksləri, müasir artilleriya kompleksləri, hava hücumundan müdafiə sistemləri, çoxfunksiyalı aviasiya, avtomatlaşdırılmış və robotlaşdırılmış hava, yerüstü sistemlərlə təchiz etməyi hədəfləyir. Bununla da ordunun atəş nöqtəsinin uzaqlıq və dəqiqlik səviyyəsinin effektivliyinin artırılması nəzərdə tutulur. Təhlükəsizliyin təminatı üçün vacib elementlərdən biri kimi yerli hərbi sənaye inkişaf etməlidir”, – layihədə bildirilib.

Rəsmi İrəvan bunun üçün hərbi sənaye kompleksinə investisiya yatırmağı, özəl biznes üçün əlverişli investisiya mühiti yaratmağı planlaşdırır. Bu istiqamətdə prioritet istiqamət kimi texnoloji silahlanma, istehsal effektivliyinin artırılması, silah idxalından asılılığın azaldılması nəzərdə tutulur.

Amma maraqlıdır ki, ölkəyə investisiyanı cəlb etmək proqramı və prinsipləri bəlli deyil. Ümumiyyətlə, Ermənistanın hazırkı ağır iqtisadi durumdan qurtarması üçün təkliflər paketi yoxdur.

 





07.02.2019    çap et  çap et