Vaxt.Az

Bazarlıq bitdi


 

Kimlər gəldi, kimlər getdi … ?

Bazarlıq bitdi Azərbaycanda 2018-2019 mövsümü üçün qış transfer pəncərəsi bağlanıb. Klublarımıza qış fasiləsində heyətlərini gücləndirmək üçün verilən 28 gün dünən gecə başa çatıb.

Bu müddətdə klublarımız heyətinə xeyli əl gəzdirib. Əsasən legioner transferi ilə məşğul olan komandalarımızın hamısında yeni ad var. 8 klub ümumilikdə 34 futbolçu transfer edib, 33-ü ilə yollarını ayırıb. “Neftçi”, “Suqmayıt” və “Zirə” hamıdan çox - hərəsi 6 futbolçu transfer edib. Bu baxımdan ən aşağı göstərici isə “Səbail” və “Qəbələ”yə məxsusdu – hərəsi 2 nəfər. “Keşlə” 8 futboçu ilə yollarını ayırmaqla liderdi. “Qarabağ”la “Səbail” cəmi 2 oyunçu ilə vidalaşıblar.

 

NEFTÇİ

Gələnlər: Mamadu Mbodj ("Jalgiris", Litva), Mamadu Kane ("Kalum", Qvineya), Turan Vəlizadə ("Qarabağ"), Aqil Məmmədov ("Qəbələ"), Vangelis Platellos (OFİ, Yunanıstan), Canluka Sansone (“Novara”, İtaliya).

Gedənlər: Rəşad Eyubov ("Sabah"), Rəşad Əzizli ("Sumqayıt"), Kvame Karikari (icarə, "Əl Oruba" BƏƏ), Slavko Braliç, Dario Federiko ("Daequ", Cənubi Koreya).

 

QARABAĞ

Gələnlər: Reynaldo Silva ("Aktobe", Qazaxıstan), Hacıağa Hacılı ("Qəbələ"), Riçard Almeyda (icarə, "Astana").

Gedənlər: Turan Vəlizadə ("Neftçi"), Coşqun Diniyev ("Sabah").

 

SƏBAİL

Gələnlər: Elvin Yunuszadə ("Sabah"), Oleksandr Rıbka ("Afyonspor", Türkiyə).

Gedənlər: Edqar Paçeko, Emil Balayev ("Tobol", Qazaxıstan).

 

SABAH

Gələnlər: Rəşad Eyyubov ("Neftçi"), Təmkin Xəlilzadə ("Qəbələ"), Coşqun Diniyev ("Qarabağ").

Gedənlər: Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural Qürbətov, Ülvi İbazadə, Elvin Yunuszadə ("Səbail").

 

QƏBƏLƏ

Gələnlər: Anar Nəzirov ("Zirə"), David Volkovi ("Saburtalo", Gürcüstan).

Gedənlər: Təmkin Xəlilzadə ("Sabah"), Aqil Məmmədov ("Neftçi").

 

SUMQAYIT

Gələnlər: Rəşad Əzizli ("Neftçi"), Adil Nağıyev ("Zirə"), Aydın Bayramov ("Sabah"), Peyman Babayi (icarə, "Maşınsazi", İran), Peyman Keşavarz (“Yasan Al-Vaste”, Oman), Əmir Ağayev ("Hapoel").

Gedənlər: Orxan Əliyev, Orxan Sadıqlı (icarə müddəti başa çatıb), Bəxtiyar Həsənalızadə ("Zirə").

 

KEŞLƏ

Gələnlər: Vüsal İsgəndərli ("Zirə"), Con Kamara ("Kaysar", Qazaxıstan), Valeri Kutsenko ("Sperantsa", Moldova), Luis Anxelo Pena ("Mineros", Venesuela).

Gedənlər: Bahodir Nasimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov, Məmməd Quliyev, Orxan Sadıqlı ("Zirə"), Diallo Quidileye.

 

ZİRƏ

Gələnlər: Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Orxan Sadıqlı ("Keşlə"),  Mfo Kqasvane (“Baroka”, CAR), İsmail Fofana ("Voyvodina", Serbiya), Xulio Sezar Rodriqez ("Deportivo Kapiata", Paraqvay), Robin Nqalande (“Baroka”, CAR).

Gedənlər: Adil Nağıyev ("Sumqayıt"), Vüsal İsgəndərli, Anar Nəzirov ("Qəbələ").

 





09.02.2019    çap et  çap et