Vaxt.Az

“Onları eyniləşdirmək olmaz”


 

Gürcüstan parlamentinin deputatından büst açıqlaması

“Onları eyniləşdirmək olmaz” Gürcüstanda yerli azərbaycanlı və gürcü fəallarının, ictimaiyyət nümayəndələrinin Mixail Avaqyana Axalkalaki rayonunun Buqaşen kəndində abidə qoyulmasına etirazı erməniləri ciddi narahat edib.

Gürcüstan erməniləri Avaqyanın büstündən diqqəti yayındırmaq üçün Marneuli rayonunun Lejbadin kəndində Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun heykəlinin olmasını önə çəkiblər və Avaqyanla Cəlil Səfərov arasında paralel aparmaq istəyiblər.

Məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, Mikail Avakyan başqa dövlətin nümayəndəsi və separatçı olub.

“Avaqyan gedib Azərbaycana qarşı işğalçı müharibədə iştirak edib. Ancaq Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov təcavüzkar qüvvələrə qarşı gedən döyüşlərdə iştirak edərək, mülki əhalini xilas edib və bu zaman qəhrəmancasına şəhid olub. Bunlar arasında fərqi eyniləşdirmək olmaz!”

A.Süleymanov qeyd edib ki, gürcü siyasətçilər də müsahibələrində bildirirlər ki, bunları eyniləşdirmək olmaz.

“Onlar qeyd edirlər ki, Mikail Avakyan separatçı, Cəlil Səfərov isə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə dinc insanları xilas edərək qəhrəmancasına şəhid olan biri olub. Bunlar tamam başqa şeylərdir”.

 





09.02.2019    çap et  çap et