Vaxt.Az

AzTV dezinfeksiya olunacaq


 

Kotirovka sorğusu elan edilib

AzTV dezinfeksiya olunacaq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) dezinfeksiya xidmətinin satınalınması məqsədilə kotirovka sorğusu elan edib.

Kotirovka sorğusunun iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün kotirovka sorğusunun iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Kotirovka sorğusunda iştirak etmək istəyənlər şərtlər toplusunu Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli (əlaqələndirici şəxs Pərvin Məmmədovdan, telefon- 537- 02-68) ünvandan ala bilərlər.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 15 fevral 2019-cu il saat 18.00- a qədər, Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 18 fevral 2019-cu il saat 12.00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

 





09.02.2019    çap et  çap et