Vaxt.Az

ABŞ-Ermənistan gərginliyi ciddiləşdi


 

İrəvandan Dövlət Departamentinə etiraz gəldi

ABŞ-Ermənistan gərginliyi ciddiləşdi Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni hərbi missiyası ilə bağlı bəyanatına cavab verib.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan Dövlət Departamentinin müvafiq bəyanatına münasibət bildirib.

XİN rəsmisi Ermənistanın Suriyaya göndərdiyi hərbi missiyanın humanitar məqsədli olduğunu deyib: “Bu missiya yalnız humanitar xarakter daşıyır və beynəlxalq humanitar qanunlarla tənzimlənir. Missiyanın fəaliyyəti humanitar yardımlar göstərən strukturlar və beynəlxalq tərəfdaşlarla əlaqələndiriləcək”.

Anna Nağdalyan ABŞ-ın məsələ barədə ittihamlarını qəbul etmədiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi missiya göndərməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqtonun Ermənistan rəhbərliyinin bu addımını dəstəkləmədiyi bildirilib. Bu, Rusiya və Ermənistan arasında əldə edilmiş hərbi anlaşma kimi xarakterizə olunub.

 





14.02.2019    çap et  çap et