Vaxt.Az

ONA altı dildə yayımlanacaq


 

Vüsalə Mahirqızı yeni layihəsindən danışdı

ONA altı dildə yayımlanacaq Azərbaycanın əməkdar jurnalisti Vüsalə Mahirqızı yeni layihəsi barədə xəbərləri təsdiqləyib. Keçmiş “APA-Holding”in rəhbəri “Real TV”-yə açıqlamasında yeni xəbər agentliyinin ONA (“Online News Agency”) adlanacağını bildirib.

Yeni xəbər agentliyi altı (Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni) dildə yayımlanacaq. V.Mahirqızı eyni zamanda Lent.az və Kulis.az portallarının da fəaliyyətini bərpa etməyə hazırlaşdığını qeyd edib.

Agentlik əsasən ötən il fəaliyyətini dayandırmış “APA-Holding”in kollektivi əsasında formalaşdırılır.

 





15.02.2019    çap et  çap et