Vaxt.Az

Nazirdən abituriyentlərə müjdə


 

“Dövlət hesablı yerlərin sayı 2 dəfədən çox artırılacaq”

Nazirdən abituriyentlərə müjdə “2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərlə bağlı sənədi Nazirlər Kabinetinə təqdim etmişik və sənəd təsdiq olunma mərhələsindədir”.

Bunu təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ötən il dövlət sifarişli yerlərin sayı 12324 olub, növbəti tədris ili üçün isə 20 500 yerə kimi artırılması planlaşdırılır: “Yaxud da bir il ərzində dövlət sifarişli yerlərdə 65 faizdən artıq artım görürük. Hesab edirik ki, növbəti illərdə də müsbət tendensiya davam edəcək”.

C.Bayramov qeyd edib ki, yalnız növbəti ilin proqnoz yerlərindən danışılırsa, dövlət sifarişli yerlərin sayı 42 faiz müəyyən edilib: “2018-2019-cu tədris ili üçün bu rəqəm 30 faizdən az idi. Bu da bir il ərzində əlavə sifarişli yerlərin olması deməkdir. Məqsəd dövlət vəsaiti hesabına təhsilin müxtəlif istiqamətlərində gənclərə ali təhsil imkanının verilməsi və bunun genişləndirilməsidir”.

 





15.02.2019    çap et  çap et