“Müsəlman olduğumuz üçün bizi Avropa Birliyinə qəbul etmirlər. Qoy bunu açıq desinlər, lakin onlar bunu bacarmırlar. Kameraya bir söz, bağlı qapılar arxasında başqa söz deyirlər”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, Avropa Birliyinə giriş üçün ölkə qarşısında daim yeni şərtlər qoyurlar: “15-dən başlamışdılar, artıq 35-ə çatdırıblar”.
Xatırladaq ki, Türkiyə 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvüdür, 14 aprel 1987-ci ildə AB-yə daxil olmaq üçün ərizə verib. Onun AB-yə qəbulu üçün danışıqlar prosesi 3 oktyabr 2005-ci ildə başlanıb. Birliyə daxil olmaq üçün, Türkiyə Avropa Komissiyası ilə danışıqları 35 punktdan 33-ü üzrə (iki punkt razılaşdırma tələb etmir) müvəffəqiyyətlə başa çatdırmalıdır. Amma 2017-ci ilin iyulunda Avropa Parlamenti Avropa Birliyini və Avropa Komissiyasını, Türkiyə hakimiyyəti Konstitusiyaya düzəlişlər etməyənə qədər, onun AB-yə daxil olması üzrə danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.