Vaxt.Az

“Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil”


 

“Traxtur”- “İstiqlal” qarşılaşmasında fars-molla rejimini silkələyəcək pankart

“Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil” Xəbər verdiyimiz kimi, fevralın 15-də Təbrizin Səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası qarşılaşıb, oyun 1:0 hesabı ilə ev sahibinin xeyrinə sona çatıb.

Qar və yağışlı hava şəraitinə baxmayaraq görüşdə 100 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Stadionda yer qalmadığından minlərlə “Traxtur” tərəfdarı stadionun yaxınındankı təpələrdən oyunu izləməli olub. Soydaşlarımız oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi milli şüarlar səsləndiriblər.

“Traxtur” tərəfdarları son vaxtlar tez-tez səsləndirdikləri “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirərək qadınların stadionlara buraxılmasını tələb ediblər.

Görüş zamanı təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən və “Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil” qeyd olunan plakatlar nümayiş etdirilib.

İngilis dilində hazırlanan plakatlarda bu sözlər yazılıb: “Sözügedən plakatların qaldırılması stadionda olan soydaşlarımız tərəfindən alqışlanıb.

 





16.02.2019    çap et  çap et