Vaxt.Az

Venesuelaya qarşı sanksiyalar sərtləşdi


 

Bu dəfə hədəfdə olanlar əsasən güc strukturlarının rəhbərləridir

Venesuelaya qarşı sanksiyalar sərtləşdi Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Venesuelaya qarşı sanksiya siyahısına bu ölkənin daha 5 vətəndaşının adlarını əlavə edib.

“Reuters” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Həmin şəxslər arasında “Petroleos de Venezuela” (PDVSA) dövlət neft-qaz şirkətinin rəhbəri Manuel Quevedo, Xüsusi Təyinatlı Milli Bolivariana Polisinin (FAES – Força de Açao Especial da Policia Nacional Bolivariana) rəhbəri Rafael Bastardo, habelə kəşfiyyat idarəsinin 3 nəfər yüksək rütbəli nümayəndəsi var.

 





16.02.2019    çap et  çap et