Vaxt.Az

Rusiyada amerikalı investoru həbs edilib


 

Maykl Kalvi fırıldaqçılıqda günahlandırılır

Rusiyada amerikalı investoru həbs edilib Rusiyada Moskvada qərargahlanan “Baring Vostok” adlı özəl kapital qrupunun təsisçisi, amerikalı investor Maykl Kalvini fırıldaqçılıq şübhəsi ilə həbs edilib.

Moskvanın Basmannı rayon məhkəməsinin sözçüsü deyir ki, Kalvi şirkətin digər üzvləri ilə birlikdə cümə axşamı həbs olunub. Məhkəmə cümə onları həbsdə qalıb-qalmayacaqlarına dair qərar çıxaracaq.

Prokurorlar iddia edir ki, qrupu 1994-cü ildə təsis edən Kalvi 37.5 milyon dollar pul oğurlamaq üçün həmkarı ilə iş birliyi edib. Əgər təqsirli tanınsalar, onlar 10 il həbs cəzası ilə üzləşə bilər.

“İnterfaks” xəbər verir ki, Kalvinin polis tərəfindən saxlanılmasına “Baring Vostok”un nəzarətçi səhmdarı olduğu Rusiyanın “Vostoçnı Bankı” ilə bağlı mübahisə səbəb olub.

Portfoliosu Sibir və Uzaq Şərq bazarlarına əsaslanan “Vostoçnı” aktivlərə görə, Rusiyanın 30 ən böyük bankı arasında yer alır.

“Baring Vostoku” təsis etmədən öncə Kalvi Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də “Salomon Brothers”də işləyib.

 





17.02.2019    çap et  çap et