Vaxt.Az

Ermənilərin kabusu gerçəkləşdi


 

İsrail Bakı ilə hərbi müqavilə imzaladığını elan etdi

Ermənilərin kabusu gerçəkləşdi İsrailin “Aeronautics” şirkəti Azərbaycanla müqavilə imzaladığını elan edib.

“Yerusəlim Post” qəzeti xəbər verir ki, şirkətin Bakıyla imzaladığı müqavilə 13 milyon dollar təşkil edib. İki illik razılaşmaya əsasən, “Auronautics” “Orbiter-1K” dronlarının texniki təchizatı və təmiri ilə məşğul olmalıdır.

Qeyd edək ki, Təl-Əviv bundan öncə “Auronautics” şirkətinə Azərbaycana pilotsuz uçan aparatların ixracı üçün eksport lisenziyaları verib.

“Orbiter-1K” kamikadze dronlardır. Bu, PUA-lar 3 saat havada almaq imkanına sahibdirlər.

 





19.02.2019    çap et  çap et