Vaxt.Az

Eldar Əzizov baş direktoru qovdu


 

Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı

Eldar Əzizov baş direktoru qovdu Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun müvafiq əmri ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov vəzifəsindən azad edilib.

Xəbəri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə ay öncə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət vermişdi.

 





19.02.2019    çap et  çap et