Vaxt.Az

İraq İranı qabaqladı


 

Bağdad OPEK-də yalnız Səudiyyə Ərəbistanından geri qalır

İraq İranı qabaqladı İraq 2012-ci ilin yekunlarına görə, Neft ixrac ölkələrin təşkilatında (OPEK) ikinci yerə çıxıb. ANS PRESS-in məlumatına görə, İraq neft hasilatının həcminə görə, İranı üstələyib. Bu il neft hasilatını 24 faiz artıran İraq hazırda bu göstəriciyə görə, OPEK ölkələri arasında yalnız Səudiyyə Ərəbistanından geri qalır."İraq yaxın illər ərzində bacardıqca çox xam neft ixrac edəcək. Bu sahə hələ neçə illər bizim ölkənin əsas gəlir mənbəyi olaraq qalacaq", - deyə NGP Energy Capital Management-in baş iqtisadçısı Ənas Əlhaji bildirib.
Qeyd edək ki, İraqda hazırda sutka ərzində neft hasilatı 3,35 milyon barrel təşkil edir. İranda isə bu göstərici 2,7 milyon barreldir. OPEK-in siyahısında Venesuela və Küveyt müvafiq olaraq neft hasilatına görə, üçüncü və dördüncü yerləri tuturlar.
 





31.12.2012    çap et  çap et