Vaxt.Az

Sarvan erməni siyasətçilərin karvanını durdurdu


 

Rizvanov Qarabağ separatçıslnın arzusunu ürəyində qoydu

Sarvan erməni siyasətçilərin karvanını durdurdu Almaniyada yaşayan soydaşımız Sarvan Rizvanov bu ölkədəki erməni separatçıların məyus edib. S.Rizvanovun bununla bağlı paylaşdığı xəbəri oxucularımıza təqdim edirik:

Dostlar Almaniyada fəaliyyət göstərən Ermənistan səfirliyinin çətiri altında özünü dırnaqarası respublikanın daimi nümayəndəsi elan etmiş Harutyun Qriqoryan 16.02.2016-cı il tarıxındə saat 19-30-da Almaniyanın Maynz şəhərində ( bu şəhərdə yerləşən erməni dərnəyinin əli ilə) yerləşən evangelişlərin kilsəsində tanınmayan ölkə ilə bağlı siyasi tədbir planlaşdırmışdı. Kilsənin rəhbəri cənab Maskus ilə üç gün əvvəl görüşüb ətraflı müzakirə apardıq. Almaniya parlamentinin və Kanslerinin dəfələrlə Azərbaycanın ərazi bütövlünü tanıdıqlarını kilsə rəhbərliyinin diqqətinə çatdırdım. Eyni zamanda Alman qanunlarına zidd olaraq kilsənin siyasi bir tədbirə ev sahibliyi etməsinin yolverilməz hesab etdim və bu problemin hüquq müstəvisinə çıxacağına işarə vurdum. Bu gün kilsənin rəhbəri məni görüşə dəvət etdi. Bildirdi ki,  Sizin təklifinizi və müzakirəmizdə səslənən fikirləri üstün tutub ermənilərin tədbirini ləğv etdik. Xaricdə yaşayan hər bir soydaşımızdan bir xahişim var, erməni fəallığına qarşı bizim mübarizə aparmağımız çox önəmlidir.

 





23.02.2019    çap et  çap et