Vaxt.Az

“Daxili məsələləridir”


 

Nazarbayevin qərarına Rusiyadan reaksiya

“Daxili məsələləridir” “Qazaxıstanın milli valyutası olan təngənin dizaynını və banknotlarını dəyişdirmək qərarı ölkənin daxili məsələsidir”. Rusiya mediasının istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova qeyd edib ki, Moskva Qazaxıstanda ana dili rusca olan vətəndaşların hüquqları məsələsində Astana ilə rəsmi təmasdadır: “Biz məsələni diqqətlə izləyirik, çünki Xarici İşlər Nazirliyinin vəzifələri və məsuliyyətləri yalnız Qazaxıstan kontekstində deyil, rusdilli insanların yaşadığı hər yerdədir”.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev banknot və dəmir pulların dizaynında istifadə olunan yazı mətninin dövlət dilində aparılması haqqında fərman imzalayıb. Bu fərmandan sonra yeni əsginaslarda rusca yazı olmayacaq.

 





23.02.2019    çap et  çap et