Vaxt.Az

“Avropa Türkiyəyə borcludur...”


 

Ərdoğan mitinqdə Suriyada danışdı

“Avropa Türkiyəyə borcludur...” Avropa xalqları bu gün Türkiyənin və türk xalqının səyləri sayəsində sülh və təhlükəsizlikdə yaşayır. “Anadolu” agentliyi bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş vilayətində mitinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyədə sığınacağı tapmış Suriya vətəndaşları öz evləri üçün darıxırlar və vətənə mümkün qədər tez qayıtmaq istəyirlər. Prezident qeyd edib ki, Türkiyənin təhlükəsizliyi təmin etdiyi İdlib, Afrin və Cerablusa artıq 311 min suriyalı qayıdıb.

Türkiyə liderinin sözlərinə görə, ən azı 500 min suriyalı gözləyir ki, Türkiyə onların qayıdışı üçün Menbiçdə də təhlükəsizliyi təmin edəcək.

Türkiyə prezidenti əlavə edib ki, Ankara İdlibi tam təhlükəsiz etməyi təklif edir və bu məqsədlə Rusiya və İranla dialoq qurub.

 





24.02.2019    çap et  çap et