Vaxt.Az

6.35 milyard dollarlıq qazanc


 

Tramp-Kim Çen görüşü ABŞ-a düşərli oldu

6.35 milyard dollarlıq qazanc Vyetnamın hava yolu şirkəti “Vietjet”, ABŞ-ın təyyarə istehsalçısı “Boeing”ə 100 ədəd 737 MAX sifarişi verib. Bu sifarişlə birlikdə "Vietjet"in "Boeing"ə verdiyi ümumi MAX sifarişi 200-ə çatıb.

Sifarişin 20 ədədini MAX 8 modeli, 80 ədədini isə MAX 10 modeli təşkil edir. Bu sifarişin dəyəri 12,7 milyard dollardır.

Sözügedən sifarişə dair imzalanma mərasimi ABŞ Prezidenti Donald Trampın dünən Vyetnam Prezidenti Nquyen Fu Çonq ilə görüşü zamanı keçirilib.

Tramp, Şimali Koreya lideri Kim Çen ilə keçirəcəyi görüş üçün Vyetnamın paytaxtı Hanoidədir. İki liderin bu gün görüşəcəyi gözlənilir.

Digər tərəfdən, Tramp imzalanma mərasiminin ardından, “Vyetnamın verdiyi sifarişi təqdir edirik, Vyetnam ilə ticarət kəsirinin aşağı düşməsindən məmnunuq” açıqlamasını edib.

 





27.02.2019    çap et  çap et