Vaxt.Az

“Dollar çox güclüdür”


 

Trampdan tənqid: “Fed-də faiz artırmağı xoşlayan bir cənab var”

“Dollar çox güclüdür” ABŞ Prezidenti, dolların çox güclü olduğunu bildirib və Fed sədrini yenə tənqid edib. ABŞ Prezidenti Donald Tramp, Şənbə günü etdiyi açıqlamada, ABŞ dollarının çox güclü olduğunu bildirib və Fed sədri Cerom Pauelı “faizləri artırmaqdan xoşlanan” biri kimi qiymətləndirərək bir daha tənqid edib.

Tramp etdiyi geniş çıxışında, ABŞ iqtisadiyyatının, mərkəzi bankın addımlarına baxmayaraq yaxşı getdiyini söyləyib.

Tramp, “Güclü bir dollar istəyirəm. Amma digər ölkələrlə apardığımız işlərdə bizi məhdudlaşdıracaq qədər güclü bir dollar deyil. Ölkəmiz üçün böyük iş görən bir dollar istəyirəm”, deyib.

Tramp, Pauelın adını çəkməyib, ancaq ondan “Fed-də faiz artırmağı xoşlayan bir cənab var, Fed-də sərt pul siyasətindən xoşlanan bir cənab var, Fed-də çox güclü dollardan xoşlanan bir cənab var”, şəklində bəhs edib.

Tramp, ABŞ iqtisadiyyatının heç olmadığı qədər inkişaf edərkən, digər ölkələrin çox zəif performans göstərdiyini və bunun da uğurlu olmalarını çətinləşdirdiyini sözlərinə əlavə edib.

 





04.03.2019    çap et  çap et