Vaxt.Az

Efiopiyada dəhşətli təyyarə qəzası


 

19-u BMT rəsmisi olmaqla 35 ölkədən 157 nəfər həlak olub

Efiopiyada dəhşətli təyyarə qəzası Bu gün Efiopiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb. TASS agentliyinin məlumatına görə, təyyarənin məxsus olduğu “Ethiopian Airlines Group” aivaşirkətinin nümayəndəsi Əddis-Əbəbədə keçirilən mətbuat konfransında bildirib ki, qəzada 149 sərnişin və 8 heyət üzvü həyatını itirib.

Məlumata görə, təyyarədə 149 sərnişin və 8 heyət üzvü olub: “Faciənin qurbanı 35 dövlətin vətəndaşı olub. Onlardan 32-i Keniyanın, 18-i Kanadanın, 9-u Efiopiyanın, 8-i İtaliyanın, 8-i Çinin, 8-i ABŞ-ın, 7-i Böyük Britaniyanın, 7-i Fransanın, 6-ı Misirin, 5-i Almaniyanın, 4-ü Hindistanın, 4-ü Slovakiyanın, 3-ü Avstriyanın, 3-ü İsveçin, 3-ü Rusiyanın, habelə Mərakeşin, İspaniyanın, Polşanın, İsrailin vətəndaşları olublar. Üç sərnişində isə BMT pasportları olub, onların milliyəti dəqiqləşdirilir.

Bundan başqa, həlak olanlar arasında Belçika, Cibuti, İndoneziya, İrlandiya, Mozambik, Norveç, Ruanda, Səudiyyə Ərəbistanı, Sudan, Somali, Serbiya, Toqo, Uqanda, Yəmən, Nepal, Nigeriya vətəndaşları da olub”.

Qəzada ölən üç Slovakiya vətəndaşı bu ölkənin deputatı Antona Qrnkonun həyat yoldaşı, oğlu və qızı olub.

Sərnişinlər arasında yer alan İtaliya vətəndaşlarından biri isə Siciliya əyalətinin naziri olub.

Qeyd edək ki, bu gün səhər Efiopiyada göyərtəsində 157 nəfərin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Əddis-Əbəbədən Keniyaya Nayrobi şəhərinə uçan təyyarə yerli vaxtla saat  08:44 radələrində Oromiya regionunda, Debre-Zeyt yaşayış qəsəbəsi yaxınlığında yerə çırpılıb. Qəzada sağ qalan olmayıb.

 

* * *

 

Efiopiyada Əddis-Əbebedən Nayrobi reysi ilə uçan “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qəzadan sağ çıxan olmayıb.

Təyyarədə olan 149 sərnişin və 8 heyət üzvü olmaqla 157 nəfər ölüb.

Sərnişinlər arasında 35 müxtəlif ölkənin vətəndaşları olub. Onlardan 19-u BMT-nin əməkdaşı idi.

Qəzanın səbəbləri hələ məlum deyil.

 

 





11.03.2019    çap et  çap et