Vaxt.Az

“Ürəkbulanma, qarabasma yaradır”


 

Rusiya Britaniya sahillərində yeni silahı sınaqdan keçirdi

“Ürəkbulanma, qarabasma yaradır” Ötən gün martın 10-da Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qorşkov” freqatı Şotlandiyanın Hərbi Hav Qüvvələrinin yeganə bazasının yaxınlığında yeni silahı sınaqdan keçirib.

Bu silah insanlarda ürəkbulanma, korluq və qarabasma yaradır.

“5P-42 Filin” vizual-optik siqnal qarışdırma stansiyası ilə təchiz edilmiş gəmini izləmək üçün Böyük Britaniya donanması öz hərbi gəmisini və üç köməkçi gəmini göndərib.

“5P-42 Filin” kompleksi yüksək intensivlikli işıq şüalarının köməyi ilə rəqibi kor edir və çaşdırır. Habelə ürəkbulanmasına, başgicəllənməsinə səbəb olur. Təsir dairəsi 2 kilometr olan silahı sutkanın gecə saatlarında da istifadə etmək mümkündür.

 





11.03.2019    çap et  çap et