Vaxt.Az

Neft bahalaşır


 

ABŞ-dan gələn xəbərlər qiymətləri durmadan artırır

Neft bahalaşır Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,23 dollar və yaxud 0,34 faiz artıb. “Azeri Light”ın qiyməti 68,82 dollar çatıb.

Xatırladaq ki, Azərbaycan neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 

* * *

 

ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 106 min barel azalaraq 12 milyon barelə düşüb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) (satış) ötən həftə 3,9 milyon barel olan xam neft ehtiyatlarının (0,9 faiz) azalaraq 449,1 milyona qədər gerilədiyini açıqlayıb. Halbuki, bazarın gözləntilərin ehtiyatların daha 2,6 milyon barel artacağı istiqamətində idi. Çünki ki qurum ötən həftə ehtiyatların 7,1 milyon barel artdığını qeyd etmişdi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə bir əvvəlki həftəyə nisbətən dəyişiklik göstərməyərək 649,1 milyon barel səviyyəsində qalıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları isə 4,6 milyon barel (1,8 faiz) azalma ilə 246,1 milyona enib. Benzində bazar gözləntisi ehtiyatların 2,5 milyon barel azalması istiqamətində idi.

ABŞ-da xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 106 min barel azalaraq 12 milyon barelə enib. Gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 6 min, digər əyalətlərdə isə 100 min barel azalıb.

Beləliklə, 2-6 Mart həftəsində ABŞ-ın xam neft hasilatı son 61 həftədə 15-inci dəfə azalma göstərib.

EIA-nın “Mart 2018” hesabatında ölkənin bu il gündəlik orta hesabla 12,3 milyon barel olacaq neft hasilatının gələn il isə 13 milyona çatacağı təxmin edilib.

ABŞ-da neft hasilatının və ehtiyatların azalması ilə bağlı olaraq “Brent” neftin barelinin qiyməti 67,73 dollara qalxıb.

 





15.03.2019    çap et  çap et