Onun fikrincə, tərəflərin mövqeyi bir-birindən fərqli olduğu üçün irəliləyiş gözləmək lazım gəlmir. Digər tərəfdən, politoloq Ermənistanla Dağlıq Qarabağ erməniləri arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirib:
“Ağır texnikanın təmas xəttindən çıxarılması həyata keçirilmir. İrəvanla Xankəndi arasında da anlaşılmazlıq var. Xankəndinin danışıqlar masasında oturması Bakının sərt mövqeyinə görə mümkün olmayacaq. Digər tərəfdən, bu addım Dağlıq Qarabağın müdafiəsinin Xankəndinin üzərinə qoyulması demək olardı. Azərbaycanla Türkiyənin Naxçıvandakı aktiv fəaliyyətini nəzərə aldıqda, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışmaq lazım gəlmir”.
Yevseyevin fikrincə, Ermənistanda və Dağlıq Qarabağdakı istənilən qeyri-stabil vəziyyət hərbi əməliyyatların bərpa olunmasına səbəb olacaq.