Vaxt.Az

“Güvənsizlik görürük”


 

Paşinyan Kremllə olan problemləri etiraf etdi

“Güvənsizlik görürük” Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdə problemlər olduğunu etiraf edib. Ermənistan mediası xəbər verir ki, baş nazir Moskvanın bəzi hökumət üzvlərinə şübhə ilə baxdığını etiraf edib.

“Mən açıq danışmaq istəyirəm. Sirr deyil ki, Rusiya elitasında inqilab yolu ilə hakimiyyətə gələn şəxslərlə bağlı müəyyən problem var. Bu insanlar keçmişdə siyasi müxalifət, fəallar olub. Onlar hakimiyyətlə əməkdaşlıq etməmək üçün vətəndaş cəmiyyətinə sığınmalı olmuşdular. Vətəndaş cəmiyyəti isə beynəlxalq təşkilatlar, o cümlədən Rusiyanın neqativ baxdığı təşkilatlar tərəfindən maliyyələşdirilirdi. Bu səbəbdən biz özümüzə qarşı güvənsizlik görürük və bunun yaxın vaxtlarda aradan qalxacağına ümid edirik”.

 





24.04.2019    çap et  çap et