Vaxt.Az

“Aldatmasan asan olacaq”


 

Paşinyan Zelenskiyə Putinlə dil tapmağın yolunu öyrədir

“Aldatmasan asan olacaq” Ermənistanın baş naziri Nikol Paşinyan Ukraynada prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə Rusiya prezidenti Vladimir Putinlə dil tapmağın yolları barədə məsləhətlər verib.

Paşinyan RBC-ya müsahibəsində bu haqda danışıb. Onun sözlərinə görə, əgər Zelenski açıq və doğru danışsa Putinlə ümumi dil tapacaq.

“Mən hesab etmirəm ki, onun üçün Putinlə ünsiyyət qurmaq mürəkkəb olacaq. Burada şərtlər var: əgər sözünü birbaşa desən, dürüst olsan, aldatmasan çətin olmayacaq. Sadəcə olaraq birbaşa və dürüst danışmaq lazımdır. Fikrimcə istənilən adam bunu qiymətləndirər, əgər görsə ki, həmsöhbəti onu nədəsə aldatmağa çalışmır, nə barədəsə boşboğazlıq etmir, nəyisə təhrif etməyə çalışmır. Düşünürəm ki, bu bütün münasibətlərdə çox düzgün maneradır”, - Nikol Paşinyan belə deyib.

Öz növbəsində Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib ki, Putin hələlik Zelenski ilə görüşüb danışıqlar aparmağa hazırlaşmır. Uşakov qeyd edib ki, əvvəlcə seçkilərin rəsmi nəticələrinin açıqlanmasını gözləmək  lazımdır, sonra isə Ukraynanın yeni prezidentinin davranışlarına baxacaqlar.

“Xeyr, hələ belə görüş planlaşdırılmır. Hazırda biz seçkilərin rəsmi nəticələrini gözləyirik, sonra isə yeni prezidentin inaqurasiya mərasiminə qədər olan dövr qarşıda dayanır”, - Uşakov deyib. (Virtualaz.org)

 





24.04.2019    çap et  çap et