Vaxt.Az

Azərbaycan neftinin qiyməti ...


 

... ABŞ-da isə ehtiyatları artır

Azərbaycan neftinin qiyməti ... Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,86 milyon barel artıb. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi.

Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları 3,1 milyon barel azalmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

 

* * *

 

Neftdən söz düşmüşkən, Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 2,44 ABŞ dolları və yaxud 3,28 faiz artaraq 76,94 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light”ın minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 





24.04.2019    çap et  çap et