Vaxt.Az

“Bürokratiya var”


 

“Azərbaycana investisiya qoyan şirkətlərə əngəllər yaradılır”

“Bürokratiya var” “Bəzi hallarda Azərbaycana hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır”. Bu sözləri Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. O, vurğulayıb ki, potensial səhmdarları cəlb etmək üçün, onları əvvəlcə axtarıb tapmaq və Azərbaycana sərmayə qoymağın sərfəli olduğuna inandırmaq lazımdır.

“Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Ancaq bəzən hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz”.

Dövlət başçısı investisiyaların cəlb edilməsinin hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biri olduğunu bildirib. O, Azərbaycanda dövlət investisiyalarının qoyulduğunu qeyd edib. Ancaq özəl sektora investisiyaların cəlb olunması üçün iş adamlarının həvəsləndirilməsinin vacibliyini deyib: “Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman bu sahədə də öz dəstəyini göstərəcək”.

 





01.05.2019    çap et  çap et